AVRO-2020: pley-offun final cütləri
09.10.2020 , 15:33

AVRO-2020-nin pley-off mərhələsinin final cütlükləri bəlli olub.
Korner.az xəbər verir ki, oktyabrın 8-də keçirilən yarımfinal matçlarının nəticəsinə əsasən, 8 komanda son 4 vəsiqə uğrunda mübarizə aparacaq.
A, B, C və D yolu üzrə mübarizə aparan komandalar noyabrın 12-də həlledici oyunlara çıxacaq.
AVRO-2020-nin pley-off mərhələsi
Final
12 noyabr
A yolu
Macarıstan – İslandiya
B yolu
Şimali İrlandiya – Slovakiya
C yolu
Serbiya – Şotlandiya
D yolu
Gürcüstan – Şimali Makedoniya
