Avro-2020-nin seçmə mərhələsinin oyunları 2019-cu ilin mart-noyabr aylarında keçiriləcək.
Korner.az–ın məlumatına görə, bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Reqlamentə əsasən, 54 ölkənin millisi hər birində 5-6 komanda olmaqla, 10 qrupa bölünəcək. Qruplarda ilk yeri tutanlar final mərhələsinə vəsiqə qazanacaqlar. Daha 4 vəsiqəyə isə Millətlər Liqasının pley-off mərhələsinə yüksələn komandalar sahib çıxacaq.
Qeyd edək ki, Avro-2020-nin qrup mərhələsinin 3 oyunu və 1/4 final matçlarından 1-i Bakıda keçiriləcək.
