Futbol

Avro-2020-nin oyunlarını yayımlayacaq kanallar məlum oldu

05.11.2019 , 18:04

AVRO-2020-nin final mərhələsinin oyunlarını Azərbaycanda yayımlayacaq kanallar müəyyənləşib.

Korner.az xəbər verir ki, oyunlar İTV və “İdman” TV kanallar vasitəsi ilə yayımlanacaq.

AVRO-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində keçiriləcək. Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir oyunu Bakı Olimpiya Stadionunda oynanılacaq.

Son yazılar

Yuxarı