13 ölkədə keçiriləcək AVRO-2020-nin final mərhələsinin açılış oyununu təşkil etməyə namizədlərdən biri bəlli olub
Rusiya Futbol İttifaqı (RFİ) UEFA-ya bununla bağlı rəsmi sifariş göndərib.
Şimal qonşularımız yarışın açılış mərasiminin Sankt-Peterburq şəhərində keçirilməsini təklif edib. Bunu RFİ prezidenti Vitali Mutko açıqlayıb.
Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi 13 müxtəlif şəhərdə baş tutacaq. Yarımfinal və final Londonda keçiriləcəksə, digər oyunları Azərbaycan paytaxtı Bakı, həmçinin Sankt-Peterburq (Rusiya), Münhen (Almaniya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlazqo (Şotlandiya) qəbul edəcək. UEFA bu şəhərlərdən birini seçib, açılış matçını orada keçirəcək. Lakin bu seçim sifariş edən şəhərlər arasında aparılacaq. Piter bununla bağlı addım atsa da, Bakı gözləmə mövqeyindədi.
apasport.az
