AVRO-2020-nin ən yaxşısı
12.07.2021 , 16:20

AVRO-2020-nin ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu İtaliya millisinin qapıçısı Canluici Donnarummadır.
22 yaşlı qapıçı 719 dəqiqə meydanda olmaqla bu göstərici üzrə turnirdə hamını üstələyib.
Qrup mərhələsində qapısını toxunulmaz saxlayan Cici ümumilikdə 3 top buraxıb.
