AVRO-2020: İtaliya finalda
07.07.2021 , 01:43

Bu gün AÇ-2020-nin yarımfinal mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə İtaliya və İspaniya milli komandaları üz-üzə gəlib. “Uembli” stadionunda keçirilən və almaniyalı FİFA referisi Feliks Brixin idarə etdiyi oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. İtaliya penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib.
AÇ-2020, yarımfinal mərhələsi
6 iyul
23:00 İtaliya – İspaniya – 1:1 (penaltilər 4:2)
Baş hakim: Feliks Brix (Almaniya)
7 iyul
23:00 İngiltərə – Danimarka
Baş hakim: Danni Makkeli (Niderland)
