AVRO-2020-də İtaliya – İngiltərə finalı
08.07.2021 , 01:46
Bu gün AVRO-2020-nin ikinci finalçısı müəyyənləşib.
Korner.az xəbər verir ki, yarımfinalın digər matçında İngiltərə və Danimarka qarşılaşıb. Londondakı “Uembli” stadionunda keçirilən oyunun əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda daha 1 qol vuran ingiltərə 2:1 hesablı qələbə ilə finala yüksəlib.
İngiltərə iyulun 11-də oynanılacaq final matçında İtaliya millisi ilə qarşılaşacaq.
AVRO-2020
Yarımfinal
7 iyul
23:00. İngiltərə – Danimarka – 2:1