“Avro-2020″nin final mərhələsinin daha bir loqotipi təqdim olunub.
Korner.az-ın məlumatına görə, yarışa ev sahibliyi edəcək 13 ölkədən biri olan Belçikanın paytaxtı Brüssel təqdimat mərasimi keçirən 10-cu şəhər olub.
Bütün loqolarda olduğu kimi Brüsselin rəmzində də körpü əks olunub.
Qeyd edək ki, Brüssel qrup mərhələsinin 3, 1/8 finalın 1 oyununu qəbul edəcək.
