AVRO-2020: biletlər qaytarılır
06.05.2020 , 17:19

Koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün bilet alan azarkeşlərin pullarını geri ala bilməsi üçün xüsusi portal yaradılıb.
Korner.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bldirilir ki, bunun üçün qurumun saytında müvafiq prosedurları tamamlamaq lazımdı. Daha əvvəl alınan biletlərin 2021-ci ildə keçiriləcək turnir üçün etibarlı olacağı vurğulansa da, təqvimə tam aydınlıq gəlmədiyindən belə qərar qəbul edilib.
