AVRO-2020: İtaliya və İspaniya yarımfinalda
03.07.2021 , 01:00

Bu gün Avro-2020-də 1/4 final mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə İsveçrə İspaniya ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı 1-1 hesablı heç-heçə ilə bitdiyi üçün əlavə vaxt oynanılıb. Burda da hesab dəyişmədiyindən penaltilər seriyasında qalib müəyyən olub. Penaltilərdə İspaniya 3:1 hesabı ilə yarımfinala yüksəlib. Günün digər oyununda isə Belçika İtaliya ilə qarşılaşıb. İtaliya rəqibinə 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
Avro-2020, 1/4 final
2 iyul
20:00. İsveçrə – İspaniya – 1:1 (penaltilər 1:3)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, “Sankt-Peterburq Arena”
23:00. Belçika – İtaliya – 1:2
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, “Münhen Futbol Arenası”
