İtaliya Futbol Federasiyasının hakimi Nikola Ritsoli Avro-2016-nın ən yaxşı hakimi seçilib.
Korner.az-ın məlumatına görə, 45 yaşlı referi mükafatını İtaliya ilə Almaniya arasında keçiriləcək yoldaşlıq görüşündə alacaq.
Ritsoli Avro-2016-da 1-i yarımfinal olmaqla, 3 görüş idarə edib.
