Bu gün “Avro-2016″da qrup mərhələsinin III turuna start veriləcək.
Korner.az-ın məlumatına görə, A qrupunda iki oyun keçiriləcək.
Lider Fransa yığması İsveçrə ilə qarşılaşacaq. Fransa artıq 1/8 finala vəsiqəni təmin etdiyi üçün bu görüş onlar üçün formal xarakter daşıyacaq. Lakin fransızlar liderliyini qorumaları üçün bu matçdan ən azı heç-heçə ilə ayrılmalıdır.
19 iyun
A qrupu
23:00. İsveçrə – Fransa
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Marko Frits (Almaniya)
Lill. “Pyerr-Morua” stadionu
23:00. Rumıniya – Albaniya
Baş hakim: Pavel Kraloveç
Yan xətt hakimləri: Roman Slişko, Tomaş Mokruş
Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Mixal Patak (hamısı Çexiya)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Lion. Şəhər stadionu
