AVRO-2016-da 1/8 final mərhələsinin oyunları davam edir.
Korner.az-ın məlumatına görə, bu gün daha 3 oyun keçiriləcək.
Günün ilk qarşılaşmasında çempionluqa iddialı Fransa millisi meydana çıxacaq. "Xoruzlar" İrlandiya ilə üz-üzə gələcək.
Digər matçda Almaniya Slovakiyanı sınağa çəkəcək.
Günün sonuncu matçında isə Macarıstan güclü Belçika səddini aşmağa çalışacaq.
Qeyd edək ki, İrlandiya, Slovakiya və Belçika 1/8 finala ən yaxşı qrup üçüncüsü kimi çıxıb.
26 iyun
1/8 final
17:00. Fransa – İrlandiya – 2:1
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Aleksey Kulbakov
Lion, şəhər stadionu
20:00. Almaniya – Slovakiya – 3:0
Baş hakim: Şimon Martsinyak
Yan xətt hakimləri: Pavel Sokolnitski, Tomaş Litskeviç
Əlavə köməkçi-hakimlər: Pavel Raçkovski, Tomaş Musyal (hamısı Polşa)
Dördüncü hakim: Byörn Kuypers
Lill, "Pyer Moro" stadionu
23:00. Macarıstan – Belçika – 0:4
Baş hakim: Milorad Majiç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi-hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Yonas Eriksson
Tuluza, şəhər stadionu
