Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində 1 oyuna yekun vurulub.
Korner.az-ın məlumatına görə, Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək turnirin dördüncü günündə daha iki qarşılaşma baş tutub.
İlk öncə meydana Fransa və İngiltərə yığmaları çıxıb. Avro-2012-nin favoritlərindən sayılan komandaların qarşılaşmasında qalib müəyyənləşməyib. Runisiz İngiltərə Fransa yığması ilə 1:1 oynayıb.
Digər matçda isə ev sahibi Ukrayna İsveç ilə üz-üzə gəlib. İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısı qollarla başlayıb. İlk olaraq İbrahimoviç fərqlənərək yığmasını hesabda öə keçirdib. Lakin ruhdan düşməyən Ukrayna millisi Şevçenkonun dublu ilə matçdan qalib ayrılmağı bacarıb – 2:1.
11 iyun
Avro-2012 nin qrup oyunları
D qrupu
21:00. Fransa – İngiltərə 1:1
Qol: Leskot (29) // Samir Nəsri (39)
23:45. Ukrayna – İsveç 2:1
Qol: Şevçenko (55) (62) // İbrahimoviç (52)
