Bu gün futbol üzrə Avropa çempionatına start veriləcək. Korner.az-ın məlumatına görə, Ukrayna və Polşada keçiriləcə qitə birinciliyinin ilk oyun günündə A qrupunda 1 matç keçirildi.
Bakı vaxtı ilə saat 21:00-da baş tutan matçda meydan sahibləri Polşa, Yunanistanla qarşılaşdı. Turnirə qələbə ilə başlamaq istəyən polşalıların bu arzusu ürəklərində qalıb. Hərçənd ki, görüşə ev sahibləri yaxşı başlayıb və 17 – ci dəqiqədə Levandovski hesabı açıb. Lakin ikinci hissədə yunanlar oyunda tarazlığı bərpa etməyə müvəffəq olublar. 52-ci dəqiqədə Salpindiqis adını tabloya yazdırıb.
Beləliklə ilk oyun gününün birinci qarşılaşmasında 1:1-lik heç-heçə qeydə alınıb.
Bu oyundan sonra isə meydana millimizin 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi Rusiya çıxıb. Şimal qonşularımızın rəqibi Çexiya millisi olub. Azarkeşlərin 5 qol izlədiyi matçdan Rusiya 4:1-lik qələbə ilə ayrılıb.
8 iyun
"Avro-2012"nin qrup oyunları
A qrupu
21:00. Polşa – Yunanıstan 1:1
Qol: Levandovski (17), // Salpinqidis (52),
Qırmızı Vərəqə: Sokratis (42) // Şesni (68)
Qeyd edək ki, Yunanıstan millisi matçın 71-ci dəqiqəsində penalti zərbəsindən yararlana bilməyib. Karagunisin vurduğu zərbəni qapıçı Tyuton geri qaytarıb.
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Varşava. Milli stadion
23:45. Rusiya – Çexiya 4:1
Qollar: Zaqoyev, 15 , 79, Şirokov, 24, Pavluçenko 82// Pilar, 51
Baş hakim: Hovard Uebb (İngiltərə)
Vrotslav. “Meyski” stadionu