Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə davam edən Avropa çempionatında /4 final mərhələsinə start verilib. Korner.az-ın məlumatına görə, Varşavada Çexiya Portuqaliya ilə üz-üzə gəlib. Matçın favoriti Portuqaliya hesab olunsa da Çexiya rəqibinə çətin anlar yaşadıb. İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında Kriştiano Ronaldo komandasını yarımfinala daşıyan qola imza atdı – 1:0.
21 iyun
23.45. Çexiya – Portuqaliya 0:1
Qol: Ronaldo 79
Baş hakim: Hovard Uebb (İngiltərə)
22 iyun
Almaniya – Yunanıstan
Baş hakim: Damir Skomina (Sloveniya)
23 iyun
İspaniya – Fransa
Baş hakim: Nikola Rissoli (İtaliya)
24 iyun
İngiltərə – İtaliya
Baş hakim: Pedru Proensa (Portuqaliya)
