Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının başlamasına qısa bir müddət qaldı. Ev sahibi komandalarından Ukrayna Avro-2012 öncəsi növbəti qadağanı qoyub.
Korner.az-ın məlumatına görə, qitə yarışında siqaretə qadağa qoyulub. Daha doğrusu qadağa bəzi məkanlara aiddi. Belə ki, stadion, idman meydançaları, restoran və kafelərdə siqaret çəkənin cəzası 1250 dollar olacaq.