AVRO-2012-də B qrupunda bu gün Almaniya ilə üz-üzə gələcək olan Portuqaliyanın ulduz futbolçusu Kriştanu Ronaldo penalti qazanacaqları təqdirdə özünün yerinə yetirəcəyini bildirib.
Korner.az-ın məlumatına görə, Türkiyə seçmə komandası ilə oynadıqları oyunda penaltini qaçıran Ronaldo: "Ötən mövsüm penaltidən çox fərqləndim. Bu gün də 11 metrlik cərimə zərbəsi olsa mən vuracam". – ifadələrinə yer verib.
AVRO-2012-nin ən böyük favoritlərindən biri ilə qarşılaşacaqlarını vurğulayan Kriştanu,oyunun çətin keçəcəyini sözlərinə əlavə edib.