Bu gün Avropa çempionatında ilk finalçının adı bəlli olub.
Korner.az-ın məlumatına görə, Ukrayna və Polaşnın bitgə təşkilatçılığı ilə davam edən qitə birinciliyində İspaniya millisi Portuqaliya ilə qarşılaşıb.
Son dünya və Avropa çempionu İspaniya millisi titulunu qorumaq, Portuqaliya yığması isə son dünya çempionatının 1/8 final mərhələsində prineylilərə 0:1 hesablı məğlubiyyətin revanşını almağa çalışıb.
Lakin istəyinə çatan Del Boskenin yetirmələri olub. Görüşün əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda da qalib müəyyənləşməyib və 11 metrlik cərimə zərbələri vurulub. Penaltilərdə daha dəqiq olan "buğalar" 2:4 hesablı qələbə qazanaraq adlarını finala yazdırıblar.
27 iyun
Avro-2012-nin yarımfinal görüşləri
23:45. Portuqaliya – İspaniya 0:0 (penaltilər seriyası – 2:4 )
Portuqaliya: – ++++
İspaniya: – ++-
28 iyun
23:45. Almaniya – İtaliya
