Bu axşam Avropa çempionatında 3-cü turun növbəti oyunları keçirilib. Korner.az-ın məlumatına görə, Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən turnirin onikinci günündə daha iki qarşılaşma baş tutub.
İngiltərə meydan sahibi Ukrayna ilə qarşılaşıb.. İngilisləri bu oyunda heç-heçə qane edirdisə, Roy Hodqsonun yetirmələri Ukranları məğlub edib. Bu mövsüm AÇ-ı turnirində ilk matçına çıxan Ueyn Runinin qolu oyunda yeganə olub. Bununla belə ingilislər 1/4 finala yüksəliblər.
D qrupunun digər qarşılaşması isə turnirlə vidalaşmış İsveç millisi ilə hələ də yoluna davam edən Fransa arasında olub. Favorit fransızlar İsveçə 0:2 hesabı ilə məğlub olub. Lakin Lorent Blankın yetirmələri növbəyi mərhələyə çıxmağa müvəffəq olublar.
19 iyun
Avro-2012-nin qrup oyunları
23:45. İsveç – Fransa 2:0
Qol: İbrahimoviç 54, Larson 90
23:45. İngiltərə – Ukrayna 1:0
Qol: Runi 48
