Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində III turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək turnirin doqquzuncu günündə daha iki qarşılaşma baş tutub.
Ötən oyunlardan fərqli olaraq bu dəfə hər iki görüş eyni saatda – Bakı vaxtı ilə 23:45-də başlayıb. Qrupda sadəcə 1 xal toplaya bilən Yunanıstan ancaq və ancaq qələbə qazanmaq istəyirdi ki, buna da nail olub. Məğlub olmayan rusları isə 1 xal da qane edirdi. Lakin 0:1 hesabı ilə qələbə qazanan yunanlar, 1/4 finala yüksəliblər.
Günün digər qarşılaşmasında isə meydan sahibləri Polşa və Çexiya yığmaları münasibətlərə aydınlıq gətiriblər. Son iki oyunda meydanı heç-heçə ilə tərk edən Polşa millisi qrupdan çıxmaq üçün bu oyunda mütləq qələbə qazanmalı idi. Lakin bu oyununda taleyini 1 qol həll edib və Çexiya yığması Yunanıstan ilə növbəti tura çıxmağa müvəffəq olub.
16 iyun
Avro-2012 nin qrup oyunları
23:45. Yunanıstan – Rusiya 1:0
Qollar: Karaqunis, 46
23:45. Çexiya – Polşa 1:0
Qollar: Yaroşek, 71
