Avropa çempionatında uğursuz çıxış edərək turniri xalsız başa vuran Hollandiya millisinin baş məşqçisi Bert van Marveyk istefa verib. Korner.az-ın-ın məlumatına görə, Almaniya, Portuqaliya və Danimarkaya uduzan van Marveykin komandası “ölüm qrupu”nu sonuncu pillədə başa vurub. Baş məşqçi istefa verməsinin gərəkliyində tərəddüd etsə də, yekunda postundan getməyini münasib sayıb.
Qeyd edək ki, Bert van Marveyk Hollandiya yığmasına 2008-ci ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında “narıncılar” 2010-cu il dünya çempionatında finaladək irəliləyiblər. Bu komanda 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsini də uğurla adlayıb.
