Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində 1 oyun keçirilib.
Korner.az-ın məlumatına görə, Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək turnirin beşinci günündə ilk qarşılaşma başa çatıb.
Yunanıstan Çexiya millisi ilə üz-üzə gəlib. İlk oyunda Rusiyaya 1:4 hesabı ilə məğlub olan çexlər növbəti mərhələyə adlamaq üçün bu matçdan qalib ayrılmalı idi. Oyunda daha sürətli başlayan Çexiya millisi ilk 6 dəqiqədə vurduğu iki qolla matçdan qalib ayrılıb – 2:1.
Günün son qarşılaşmasında isə meydan sahibləri olan Polşa millisi Rusiya yığmasını sınağa çəkib. İlk oyunda Çexiya ilə görüşdə məzmunlu qələbə qazanan rusları bir xal da qane edirdi ki, belə də oldu. Polyakların qələbə qazanmaqları lazım olduğui matçdan Rusiya bir xal qazanaraq qrup liderliyini davam etdirdi – 1:1.
12 iyun
Avro-2012 A qrupu
21:00. Yunanıstan – Çexiya 1:2
Qollar: Jiraçek (3), Pilar (6) // Gekas (53)
23:45. Polşa – Rusiya 1:1
Qollar: Blaşikovski (57) // Zaqoev (37)
