Ukrayna Və Polşanın birgə təşkilatçılığı ilə davam edən Avropa çempionatında yarımfinalın bütün iştirakçıları müəyyənləşib. Korner.az-ın məlumatına görə, İngiltərə – Fransa matçının ardından 4 yarımfinallçının hamısı bəlli olub. Beləliklə, İngiltərə səddini çətinliklə keçən İtaliya Almaniya ilə qarşılaşacaq.
Son dünya çempionatında isə İspaniya finala gedən yolda məhz Portuqaliyanı bir qolla mübarizədən kənarlaşdıraraq, yekunda tarixində ilk dəfə olaraq dünya çempionu titulunu qazandı.
Qeyd edək ki, turnirin final matçı iyulun 1-də Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.
27 iyun
23:45. Portuqaliya – İspaniya
28 iyun
23:45. Almaniya – İtaliya
