Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti oyunları keçirilib. Korner.az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma baş tutub.
İlk matçda Danimarka və Portuqaliya milliləri üz-üzə gəlib. Hollandiyanı sürpriz şəkildə məğlub edən Danimarka bu uğurun davamını gətirə bilməyib. Dramatik keçən matçdan Portuqaliya qalib ayrılıb – 3:2.
Günün ən maraq doğuran görüşü isə Hollandiya və Almaniya arasında baş tutub. Mario Qomezin dubl etdiyi matçdan qalib ayrılan Bundestim maksimum nəticə toplayaraq qrupdan çıxmaq missiyasını tamamlayıb. Bu məğlubiyyətdən sonra hollandların qrupdan çıxmaq şansı azalıb.
13 iyun
"Avro-2012"nin qrup oyunları
21:00. Danimarka – Portuqaliya 2:3
Qollar: Bendtner 41, 80 // Pepe 24, Poştiqa 36, Varela 86
23:45. Hollandiya – Almaniya 1:2
Qollar: Van Persi 74 // Qomez 24, 38
