Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatında bu gün 1/4 final mərhələsinin ikinci oyunu keçirilib.
Korner.az-ın məlumatına görə, Almaniya millisi Yunanıstanla üz-üzə gəlib.
Turnirin favoritlərindən sayılan Bundestim Yunanıstanı fərqli məğlub edərək adını yarımfinala yazdırıb – 4:2.
Qeyd edək ki, Almaniya yarımfinalda İngiltərə – İtaliya cütünün qalibi ilə qarşılaşacaq.
22 iyun
Avro-2012 də 1/4 finalın görüşləri
Almaniya – Yunanıstan 4:2
Qollar: Lam 39, Xedira 61, Kloze 68, Reus 74, Salpingidis 89, Samaras 55
Baş hakim: Damir Skomina (Sloveniya)
