Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində bir matç başa çatıb. Korner.az-ın məlumatına görə, Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək turnirin ikinci günündə Hollandiya Danimarka ilə qarşılaşıb. Son Dünya Çempionatının finalçısı Hollandiya supriz şəkildə Danimarkaya məğlub olub. 0:1 Oyunda yeganə qolu Danimarkanın heyətində 24-cü dəqiqədə Krohn Dehli vurub.
Gecənin ən maraqla gözlənilən matçı Almaniya və Portuqaliya arasında baş tutdu. Sönük keçən matçın taleyini bir qol həll etdi. Mario Qomez komandasına 3 xalı qazandıran qola imza atdı.
9 iyun
Avro-2012 nin qrup oyunları
B qrupu
21:00. Hollandiya – Danimarka 0:1
Qol: Krohn Dehli (24)
23:45. Almaniya – Portuqaliya 1:0
Qol: Mario Qomez 72
