Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatında bu gün yarımfinal mərhələsinin növbəti oyunu baş tutub.
Korner.az-ın məlumatına görə, ikinci oyun günündə daha bir qarşılaşma keçirilib.
AVRO-2008-in finalçısı Almaniya – İtaliya ilə qarşılaşıb. Çıxdığı bütün oyunlardan qalib ayrılan Yoahim Lövün komandası bu görüşdə məğlubiyyətə uğrayıb.
Bundestimlər oyununun favoriti hesab olunsa da, 2006-cı ilin Dünya Çempionları da bu matçda sürpriz edərək rəqibini 2:1 hesabı ilə məğlub edib. Oyunda italyanların qollarını Mario Balotelli aktivinə yazdırıb. Almanların heyətində isə Məsut Özil 90-cı dəqiqədə fərqlənib. Lakin onun vurduğu qol təsəllidən başqa bir şey olmayıb.
Bununla da AVRO-2012-nin final mərhələsində İspaniya və İtaliya seçmələri üz-üzə gələcəklər.
28 iyun
Avro-2012- nin yarımfinal görüşləri
23:45. Almaniya – İtaliya 1:2
Qollar: Balotelli (20), (36) // Mesut Özil (90-pen)
