AVRO-2012-də A qrupunda Çexiya ilə qarşılaşan Rusiya millisinin heyətində 2 qol vuran Alan Dzaqoev oyundan sonra maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, Dzaqoev çexiyalı azarkeşlərin komandalarını çox yaxşı dəstəklədiklərini, buna baxmayaraq əzmkar qələbə qazandıqlarını bildirib:
"Böyük azarkeş dəstəyinə qarşı oynamaq həmişə çətindir. Çexiyalı azarkeşlər də komandalarını yaxşı dəstəklədilər. Lakin hesaba xeyri olmadı. Ümumuyyətlə götürsək onlar da pis oynamadılar".
