AVRO-2012 turnirində geridə qalan 26 matçda tərəflər 67 dəfə fərqlənib.
Korner.az-ın məlumatına görə, sadəcə bunlardan biri gecə oynanılan Almaniya – Yunanıstan matçında penaltidən vurulub. Salpinqidis əlinə düşən fürsətdən maksimum yararlanıb. Turnirin açılış matçında da yunanlar 11 metrlik cərimə zərbəsi qazanmış, lakin Karaqunis yararlana bilməmişdi.
AÇ-ı tarixində sadəcə AVRO-1988-də qrup oyunlarında 11 metrlik cərimə zərbəsindən qol olmayıb. Lakin həmin il yarımfinalda iki cərimə zərbəsi birdən olmuşdu.
AVRO-2012-də bol qollu keçən qarşılaşma da, Almaniya – Yunanistan oyunu oldu. 2:4 hesabı ilə qalib gələn bundeslimlər bununla da turnirin ən çox qol vuran komandası kimi zirvədədirlər. Onlar ümumilikdə 9 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olublar.
Almanlar oynadıqları son 20 matçda ən azı rəqiblərini 1 dəfə də olsa cəzalandıra biliblər. Yoahim Lövün yetirmələri ən son 2010-cu il oktyabr ayının 17-də İsveç yığması ilə 0:0 hesabı ilə heç-heçə etmiş qol vura bilməmişdi.
AVRO-2012-də də hal hazırda bombardir Almaniyanın futbolçusudur. Bu oyunçu Mario Qomezdir ki, onun aktivində 3 qol var.
