big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Avro–2012 ərəfəsində sarkastik düşüncələr

07.06.2012 , 07:07

“İDEYA” – “TƏKLİF” AZARKEŞLİYİ

Bir neçə gündən sonra futbol üzrə Avropa birinciliyinin qrup mərhələsinin oyunları başlayacaq. Azərbaycan millisi  orada yoxdur. Niyə? Ona görə ki,  bu gün  siyasət, iqtisadiyya t, mədəniyyət.., hətta bəziləri üçün din olan FUTBOL-la ancaq “ideya” və “təklif” bucaqları altında ”daxili brend” kimi rəftar etmək acı gülüş doğurur.   Ona “dayazcasına” yanaşarsan, ofsaydda qalarsan…
 
Bugünkü Azərbaycan futbolunun pərəstişkarı olmaq futbol oynamaqdan çətindir. Gərək poladdan əsəblərin olsun ki, gündə bir təzə “ideya” eşidib çöllərə düşməyəsən. Azarkeş dərddən başını götürüb qaçır, futbol funksionerləri də gileylənirlər ki, stadiona tamaşaçı yığışmır. Niyə də yığılsın ki… “İdman Azərbaycan”da futbola baxandan sonra “Bizim güloğlanlar niyə belə oynamırlar,”- dərdindən havalanan yerli azarkeş ustalıq səviyyəsinə görə hansı komandamıza sədaqətini göstərməlidir? Bu azmış kimi, stadiona gedəndə gərək özünlə qucaq dolusu yuyucu-qurulayıcı ləvazimat aparasan ki, oturacağın zir-zibilini əməlli-başlı yuyub təmizləyəsən, tozunu çırpasan, sonra da özün bir “duş” qəbul edəsən ki, gəlməyin canına yata. Amma bizim futbol adamlarımıza qulaq asandan sonra məlum olur ki, məsələ o qədər də mürəkkəb deyil, onu bircə “ideya” ilə çözmək olar: məsələn, komandaların adını dəyişib, Bakı kəndlərinin adını qoysaq, stadionlarımız ağzınacan dolacaq. Yəni yüksək liqada “Novxanı”, “Kürdəxanı”, “Fatmayı”… və s. adında komandalar cövlan edən kimi futbolumuz düzələcək, millimiz ad-san çıxaracaq.
Siz nə danışırsınız, o adlarla qarşı-qarşıya gəlib heç kənd məktəbinin idman zalını da doldurmaq mümkün deyil, qaldı ki “Dalğa Arena”nı. “Təklif” belədir və bu mütləq keçməlidir, komandalarımızın adı olmalıdır “Kürdüstanspor”, “Qaçqınspor”, “Köçkünspor, “Naxçıvansiti”, bəd ayaqda “Talış-yunayted”. Fontan vurmaq istəyiriksə, “Şiəspor-Qızılbaşlar” və “Sünnispor – Səlcuqlar”ı da o sıraya əlavə etmək lazımdır. Bax belə olarsa,  işlərimiz həmən düzələcək və … “Tofiq Bəhramov” təmirdən sonra ağzınacan dolacaq. İrandan, Türkiyədən… – dünyanın min yerindən müsəlman fanatlar Azərbaycana cumacaq, dünya “TV-Futbol” kanalları yayım, reklam hüququ üstündə qırğın-qiyamət salacaq, AZAL-ın təyyarələrinə bilet tapılmayacaq, mehmanxanalarımız dolub-daşacaq, İçərişəhərin, Qız qalasının üzü güləcək və s. Qardaşlar, problemi bir dəfəyə və əbədi belə həll edərlər, yoxsa Maştağa, Bilgəh, nə bilim nə… İşə məhz bu cür “kompleks” yanaşsaq, gələn il “Çelsi”nin mükafatını “Bakılı zadəganlar” FK alacaq…
…Bu, belə həll olundu, indi də keçək arada-bərədə gəzən başqa bir yeni “ideya”ya. Ancaq xahiş edirəm, gülməyin, ayıbdır. Bəli, xəbər yayılmışdı ki, gələn ildən “ikinci altılıq”da qalan komandalar arasında mübarizə əzmini yüksəltmək üçün “ikinci altılığın” “çempion”unu Avropa yarışlarına göndərəcəklər. “Molodes”, ideya sahibi. Lakin alternativ “təklif” var: a) birinci yer tutan komandalarımızın çoxillik təcrübəsinə əsasən qapıdan üç cavabsız “qol” buraxmaq qitə çempionluğu sevincinə bərabər olduğundan, Avroliqaya Azərbaycan komandaları üçün qol vurmaq deyil, qol buraxmaq üzrə yarışlar təklif edilsin və bizim yeddinci yer tutan komanda həmin yarışlara qatılsın; b) “a” “təklif”i keçməsə, “yeddinci yer” “ideya”sını irəli sürən futbol adamının illik maaşı “tutulsun”, üstünə də 50 min AZN  əlavə edilsin və  verilsin yeddinci yerə. Necədir? Razısınız? (“AZAL” PFK-dan səs: “Eşq olsun!”)
Hələlik bu bir söhbətdir, arada gəzirdi, biz də susmadıq, “təklif” verdik ki, gələcəkdə çaşıb bu cür nadir “ideya”larla orijinallıq edib, yadda qalmağa çalışmasınlar. Lakin deyəsən sonradan sağlam düşüncə zəfər çalıb və  a” bəndindən vaz keçiblər…
 Amma bir neçə ay əvvəl eşidəndə ki, futbolçuların müdiri Moskvaya gedib, Aleksandr Səmədova, Emin Mahmudova elçi düşüb ki, gəlin, Azərbaycan millisində oynayın. Onlar da mədəni şəkildə onu üzüqara geri qaytarıblar, azərbaycanlı olmağın bu qədər bəsitləşdirildiyindən əhvalımız pozuldu. Azərbaycanı bu qədər uzuclaşdırmaq olmaz, axı, ay qardaş. Gedirsiniz bir həpəndin qapısına, ağız açırsınız, o da sizi kor-peşman geri qaytarır. Və belə məlum olur ki, siz yox, heç bu boyda Azərbaycan da yox, Nikita Simonyandır onun “ata”sı, o məsləhət gördü, Aleksandr da razılıq verdi, məşqçiləri Dik Advokat da “düşünməyən futbolçudu, ancaq deyirsiniz də, gəlsin, mənim nə vecimə…” qənaətilə, 15-20 dəqiqə oynadıb sonra da ofsayda salmaqla həm Rusiya, həm də Azərbaycan millisinə yolunu bağladı. O cür mövqe və yekəxanalıqla həmin Saşa bizim millidə hansı qığılcımla oynayar?
Hələ o dünənki cocuq Emini demirik. O, Saşanın futbol taleyindən ibrət alıb ayılmaq əvəzinə, indidən özünü qaldırıb qoyub dağ başına. Güclü bir futbolçu olsa deyərəm, həə, nə olar, deməli, yeni Messi (ağ olar!), yaxşı, heç olmazsa Arşavin yetişir, tez özəlləşdirəyin. Ancaq “Spartak”dakı rəqabətə davam gətirə bilmədiyi üçün göndərdilər hansısa əyalət komandasına, o isə  millimizdə oynamağa təpik atır. Cənablar, o dardüşüncəli ögey oğlan ögey münasibətilə axı bizim nəyimizə lazımdır? Millimizdə qəlbi Azərbaycanla nəfəs alan Vətən oğlu forma geyinməlidir. Vətənimizin bayrağını görəndə, himnini eşidəndə qanad açıb uçan yalvarıb gələndə, ona “Xoş gəlmisən!” deyilməlidir. Süni yolla milliləşən futbolçuların hansından yarımısınız, birinin adını çəkin…
Futbol pərəstişkarının dərdi birdir, ikidir, bəyəm. TV kanallarında futbol icmalına baxan kimi bilinir aparıcı hansı komandanın “adamıdır”. Buna da, zorla da olsa, dözərik, hərə bir cür “əkmək parası” qazanır. “Təklif” belədir: “Ağ eləməyin, qələmdaşlar, nə olar, efirdə peşəkar futbolçuya, təcrübəli məşqçiyə futbol dərsi keçməklə özünüzü çoxbilmiş göstərməyin, xahiş edirik, siz danışanda ekran qarşısında ürəyimizi yeyirik…”
Kiyevli Aleksandr Əliyev dünyaya car çəkib ki, azərbaycanlı deyiləm, bizimkilər deyirlər ki, qələt edirsən, azərbaycanlısan, o deyir ki, əl çəkin məndən, xəta olmadı ki, soyadım ulu babam Azərbaycanda körpüdən keçəndə bir nəfər Əli adında kişi ilə dal-dala dəyib. Bizim jurnalistlər yazırlar ki, sən dədəni-nənəni dəqiq tanımırsan, biz yaxşı bilirik – sən azərbaycanlısan. Əşi, bir adam ki, öz dili ilə milli mənsubiyyətini bəyan edibsə, onu başqa cür necə qəbul etmək olar, niyə anlamırsınız. Əl çəkin saxta millətpərəstlikdən!
Nə isə… Adamın başından “dəli” bir “təklif” keçir: bizə xaricdən ancaq futbolçu, məşqçi yox ey, deyəsən, futbol üzrə idman jurnalisti və məmuru da transfer etmək lazımdır.
 
 
Elçin Vələdoğlu

Son yazılar

To Top