AVF rəsmisi “Olimpiakos”un oyununa təyinat aldı
15.03.2023 , 12:07

Korner.az xəbər verir ki, İsmayılova Yunanıstanın “Olimpiacos” və İsrailin “Maccabi Tel-Aviv” klubları arasında keçiriləcək finalın cavab matçında supervayzer funksiyasını yerinə yetirəcək. Görüş bu gün Yunanıstanda baş tutacaq.
CEV-in bu matç üçün təyinatına əsasən İsmayılova görüşün hakimləri serbiyalı Predraq Balandziç və polşalı Maqdalena Nivarovskanın işinə qiymət verəcək.
