Türkiyə milli komandasının baş məşqçi postunda gözlənilən dəyişiklik baş verib.
Korner.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayaraq Abdullah Avcıyla yolların ayrıldığını bildirib.
Məlumatda bildirilir ki, 2 ildi "ay-ulduzlular"ı çalışdıran Avcı istefa mətnində bu sözləri qeyd edib: “Futbolda qazanmaq da, məğlub olmaq da olduğu kimi birlikdə çalışmaq da, ayrılmaq da var. Mən də ayrılmağın ən doğru qərar olduğunu düşündüm və bu fikrimi TFF prezidenti cənab Yıldırım Dəmirörənlə paylaşdım. Başda federasiya rəhbəri olmaq üzrə bütün TFF rəsmilərinə mənə verdikləri dəstəyə görə təşəkkür edirəm”.
