“Böyük
Dəbilqə” seriyası olan “Australian Open” tennis turnirində tək qadınlarda Serena
Vilyamsın çempion olduğunu xəbər vermişdik.
Korner.az-ın
məlumatına görə, bu gün tək kişilər arasında final görüşü keçirilib.
Finalda
Rafael nadalla Roger Federer qarşı-qarşıya gəldi. İlk setdə Federer 6-4 hesabı
ilə rəqibində üstün oldu. 2-ci set Nadal 6-3 qalib gələrək hesabı bərabərləşdirib.
Növbəti setdə Federer 6-1 qalib gələrək
yenidən ümumi hesabda önə keçib. 4-cü setdə Nadal 6-3 hesabı ilə qalib gələrək
bərabərliyi təmin edib. Axırıncı setdə isə 6-3 Federer Nadalda üstün olub. Beləliklə. “Australian Open” turnirin tək kişilərdə
qalibi Roger Federer oldu.
