Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə “Qarabağ”la qarşılaşacaq “Atletiko” bir neçə saat əvvəl Bakıya yola düşüb.
Madrid klubu paytaxtımızı çarter reysi ilə gəlir. “Atletiko”nun çarter sifarişindən sonra AZAL İspaniya təmsilçisinə Qarabağ adlı təyyarə ayırıb.
Madrid klubunun sosial şəbəkədəki səhifəsi təyyarənin “Qarabağ” yazılan hissəsinin şəklini də paylaşıb.
