“Atletiko”ya pis xəbər
21.10.2024 , 17:57

“Leqanes”lə matçda zədə alan Klement Lenqletdən “Atletiko Madrid”ə bəd xəbər gəlib.
Korner.az xəbər verir ki, diz və topuq nahiyəsindən zədə alan fransalı müdafiəçi ən azı bir ay meydanlardan uzaq qalacaq.
Lenqletin noyabrda beynəlxalq fasilədən sonra meydana qayıdacağı gözlənilir.
Yay transfer dövründə “Barselona”dan icarə əsasında “Atletiko Madrid”in heyətinə qatılan 29 yaşlı futbolçu yeni komandasında 2 matçda meydana çıxıb.
