“Atletiko” bütün komanda ilə məşqlərini bərpa edib. “Elçe” ilə (1:1) kubok matçına aparılmayan futbolçular birgünlük istirahətdən sonra kollektivə qoşulublar.
Yarımmüdafiəçi Koke də artıq kollektivə qoşulub. Onun La Liqanın növbəti turu çərçivəsində “Vilyarreal”la sabahkı qarşılaşmada iştirakı baş məşqçi Dieqo Simeonedəna asılıdı. Ancaq Kokenin gələn həftə “Qarabağ”la keçiriləcək görüşə tam hazır olacağı bildirilib.
Əvəzində digər yarımmüdafiəçi Yannik Karrasko hələ də fərdi hazırlaşır. Son məşqi trenajor zalında keçən belçikalının sabah heyətə cəlb edilməsi gözlənilmir. Hətta Karraskonun “Qarabağ”la oyunda iştirakı da sual altındadı.
