Madrid “Atletiko”su Tibo Kurtuanın komandadan ayrılmasından sonra qapıçı axtarışına başlamışdı.
Korner.az-ın məlumatına görə, 2009-cu ildə David de Heanı MY-ə satdıqdan sonra “Çelsi”dən Kurtuanı icarəyə alan “Atletiko” qapısını gənc oyunçuya əmanət etmişdi. Kurtuanın məxsus olduğu kluba qayıtmasından sonra qapıçı axtarışına başlayan Madrid klubu “Benfika”nın gənc “əlcək sahibi” Yan Oblakla razılaşıb.
2010-cu ildən “Benfika” formasını geyinən 21 yaşlı qapıçı “Atletiko” ilə 6 illik müqavilə imzalayacaq.
Klubun idman direktoru Xose Luis Kaminero: “Çox keyfiyyətli bir transfer etdik. Oblakın parlaq gələcəyi var”, – fikirlərini səsləndirib.
