Madrid “Atletiko”su hücum xəttini gücləndirməyi planlaşdırır.
Korner.az-ın məlumatına görə, Dieqo Kosta və David Vilya kimi aparıcı hücumçuları ilə yolları ayıran Madrid təmsilçisi “Mançester Siti”nin futbolçusu Alvaro Neqredonu heyətinə qatmaq fikrindədir.
İngiltərə təmsilçisinin hücum xəttində kifayət qədər bacarıqlı futbolçular olduğundan Neqredonu “Atletiko”ya satacağı gözlənilir.
