“Atletiko”nun ulduz hücumçusu hansı kluba keçir?
24.02.2026 , 12:00
“Atletiko”nun hücumçusu Antuan Qrizmann yaxın zamanda klubunu dəyişə bilər.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ABŞ-nin “Orlando Siti” klubuna keçməyə yaxındır.
Xəbərdə bildirir ki, tərəflər arasında danışıqlar sürətlə davam edir.
Bundan başqa, “Orlando Siti”nin idman direktoru Rikardo Moreyra Madrid səfəri zamanı Qrizmannın kluba qatılmasını istədiyini vurğulayıb.
Bu mövsüm 34 yaşlı forvard bütün yarışlarda 35 oyunda iştirak edib, 12 qol vurub və 2 məhsuldar ötürmə ilə fərqlənib.