“Atletiko”nun tarixinə düşdü
02.10.2019 , 19:00

Çempionlar Liqasının qrup mərhələsinin II turunda Moskva “Lokomotiv”ini məğlub edən “Atletiko”nun futbolçusu Joao Feliks rekorda imza atıb.
Korner.az xəbər verir ki, görüş futbolçu üçün əlamətdar olub.
Hücumçu Çempionlar Liqasında qol vuran ən gənc “Atletiko”lu futbolçu olub.
Feliksdən əvvəl bu rekord hazırda “Mançester Siti”də çıxış edən Serxio Aqueroya aid idi.
