İspaniya La Liqasında mübarizə aparan "Atletiko" (Madrid) Qrizmanın yerinə Aleksis Sançesi transfer etmək istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda İngiltərə mediası xəbər yayıb.
"Atletiko"nun Antonyo Qrizmanı astronomik məbləğə satması gözlənilir.
İddia edilir, İspaniya təmsilçisi Aleksis üçün 75 milyon təklif edəcək. Çilili futbolçunun keçidi baş tutsa, bu, "Atletiko"nun tarixində ən bahalı transfer olacaq.
