“Atletiko”nun sabiq futbolçusu koronavirusdan öldü
09.04.2020 , 16:24

“Atletiko”nun sabiq futbolçusu Migel Cons koronovirusdan ölüb.
Korner.az xəbər verir ki, Madrid təmsilçisinin sabiq yarımmüdafiəçisi 82 yaşında dünyasını dəyişib.
Xərçəng xəstəliyindən əziyyət çəkən sabiq futbol veteranı koronavirusa da yoluxub.
Qeyd edək ki, Ekvatorial Qvineyadan olan futbolçu “Atletiko”da bir dəfə İspaniya çempionu (1966), üç dəfə ölkə kubokunun qalibi (1960, 1961, 1965) adını qazanıb, həmçinin 1962-ci ildə Kuboklar kubokuna yiyələnib.
