İspaniya La Liqasında mübarizə aparan “Atletiko”nun (Madrid) prezidenti Enrike Serezo dünən “Barselona”ya qarşı keçirilən matçdan sonra maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, prezident “Torreslə yeni müqavilə imzalayacaqsınız?” sualına belə cavab verib:
“Messini transfer etmək istəyirik. Hal-hazırda əsas məqsədimiz Messini razı sala bilməkdi. Qalan hər şey bizim üçün ikinci plandadı”.
Xatırladaq ki, dünən La Liqanın 24-cü turunda “Barselona” səfərdə “Atletiko”nu 2-1 hesabı ilə məğlub edib.