“Atletiko”nun oyunu təxirə salındı
09.01.2021 , 16:57

İspaniya La Liqasının XVIII turunda bu gün keçirilməli olan “Atletiko” – “Atletik” oyunu təxirə salınıb.
Korner.az xəbər verir ki, buna səbəb Madriddə güclü qarın yağmasıdı.
Hava şəraiti arenanın ot örtüyünü yararsız hala salıb. Qarşılaşmanın nə vaxt baş tutacağı hələlik məlum deyil.
