“Atletiko”nun hücumçusu yayda gedir
22.05.2025 , 19:48

“Atletiko”nun hücumçusu Xulian Alvares mövsümün sonunda klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətində “Arsenal”, “Liverpul” və “Bavariya” kimi nəhəng klublar maraqlıdır.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Argentinalı oyunçunun transferi ilə bağlı danışıqların yaxın zamanda baş tutacağı gözlənilir.
