“Atletiko” Fransanın “Tur” klubunun hücumçusu Andi Delor ilə maraqlanır.
Korner.az-ın məlumatına görə, İspaniya çempionu klubu tərk edən David Vilya və Adrian Lopesin yerini doldurmağa çalışırlar. 22 yaşlı futbolçunun keçidinin yaxın günlərdə həll olunacağı gözlənilir. Mümkün transferin qiyməti məlum deyil.
Qeyd edə ki, gənc forvard ötən mövsüm Liqa-2-nin ən yaxşı bombardiri olub.