Madridin "Atletiko" klubu Fransa "Monako"suna satdığı Radamel Falkanonun boşluğunu “Sevilya”nın hücumçusu Alvaro Neqredo ilə doldurmaq istəyir.
Korner.az-ın məlumatına görə, 27 taşlı forvardın transferi Madrid təmsilçisinə 15 milyon avroya başa gələcək.
Qeyd edək ki, Neqredo son mövsüm “Sevilya”nın heyətində meydana çıxdığı 36 oyunda 25 qolun və 4 məhsuldar ötürmənin müəllifi olub.