“Atletiko”nun futbolçusunu İtaliya klubu istəyir
12.01.2026 , 12:30
“Atletiko”nun cinah oyunçusu Tiaqo Almada bu qış İtaliya A Seriyasına keçə bilər.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” argentinalını “Liverpul”un hücumçusu Kyeza üçün alternativ variant kimi izləyir.
Almada 2025-ci ilin yayında 21 milyon avroya “Botafoqa”dan Madrid klubuna transfer olunub.
Bu mövsüm 16 matçda meydana çıxan futbolçu 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.