İspaniya La Liqasında mübarizə aparan “Atletiko”nun (Madrid) futbolçusu Koke silahlı hücuma məruz qalıb.
Korner.az-ın məlumatına görə, oyunçu avtomobilini park etmək üçün bilet alan zaman silahlı şəxs onun 70 min avroluq saatını qəsb edib.
25 yaşlı yarımmüdafiəçi polisə verdiyi ifadədə bildirib: “O, motosiklet sürürdü. Silahı başıma dirədi və mənə “o saatı ver” dedi”.
Qeyd edək ki, Koke hücum zamanı fiziki yara almayıb.
